Çempionlar Liqası hakimləri içki içib oğurluq etdilər

Futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununa təyinat alan polşalı hakimlər Bartoş Frankovski və Tomaş Musial sərxoş olduqları üçün saxlanılıblar.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, adıçəkilən hakimlər çərşənbə axşamı Polşada Ukrayna "Dinamo"su ilə Şotlandiyanın "Reyncers" komandaları arasında keçiriləcək oyuna təyinat alıblar.

Lakin oyunöncəsi onlar yol nişanını oğurladıqları üçün polis tərəfindən saxlanılıblar. Sonradan hakimlərin qanında yüksək miqdarda spirt olduğu müəyyən edilib.

Onlar ayılma məntəqəsinə yerləşdiriliblər.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) görüşün hakimlərini dəyişib.

Qeyd edək ki, "Dinamo" və "Reyncers" arasında cavab görüşü avqustun 13-də Şotlandiyada keçiriləcək.

0.066901922225952