Almaniyada məktəblərdə bomba həyəcanı: Şagirdlər təxliyə edildilər

Almaniyanın Saksoniya federal torpağında yerləşən dörd məktəb minalanma təhdidi səbəbindən təxliyə edilib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Berliner Zeitung" (BZ) qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, polis yerli vaxtla təxminən saat 7 radələrində elektron poçt vasitəsilə partlayış təhlükəsi barədə xəbər tutub. Bundan sonra uşaqlar təxliyə ediliblər və məktəblərdə axtarışlara başlanılıb. Polis ilkin məlumatları araşdırdıqdan sonra təhdidi ciddi hesab etməyib, lakin hadisənin təfərrüatı hələ də araşdırılır.

Qeyd edək ki, minalanma ilə bağlı xəbər Saksoniyada yeni tədris ilinin başlanmasından cəmi iki gün sonra daxil olub. Ötən həftə Türingiyada da məktəblərə bu cür təhdidlər daxil olub, lakin polis partlayıcı qurğular aşkar etməyib. Maraqlıdır ki, Saksoniyada daxil olan elektron məktublar Türingiyadakılarla eyni ünvandan göndərilib və oxşar ifadələr ehtiva edir.

Xatırladaq ki, Almaniya tarixində məktəblərə qarşı terror təhdidləri ilə bağlı bir neçə hal qeydə alınıb. 2002-ci ildə Erfurtda bir məktəbli 16 nəfəri qətlə yetirib. 2009-cu ildə isə Vinnendendə 15 yaşlı şagird 15 nəfəri öldürüb. Bu hadisələr ölkədə məktəblərin təhlükəsizliyi məsələsini gündəmə gətirib.

5.4090120792389