İran hakimiyyəti aviasiya şirkətlərindən hərbi təlimlərlə əlaqədar ölkənin hava məkanından yayınmağı xahiş edib.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, Misir Mülki Aviasiya Nazirliyi hərbi təlimlərlə əlaqədar İranın hava məkanında uçuşların təhlükəli olacağı barədə Tehrandan bildiriş alıb.
Qeyd olunub ki, müvafiq bildiriş dünyanın bütün aviaşirkətlərinə göndərilib.