"X" sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ prezidentliyinə namizəd Kamala Harrisi kommunist adlandırıb.
hakimiyyet.az xəbər verir ki, milyarder bu barədə özünün "X" hesabında yazıb.
"Kamala sözün həqiqi mənasında kommunistdir. O, təkcə bərabər imkanlar deyil, həm də bərabər şəraitin yaradılmasını istəyir", - deyə İlon Mask vurğulayıb.