Britaniyalı bərbər Pol Uindl saçın yuyulması zamanı yol verilən səhvlərdən danışıb.
Bu barədə hakimiyyet.az MK.ru-ya istinadən xəbər verir.
Mütəxəssis qeyd edib ki, saçı çox qaynar su ilə yumaq olmaz. Onun fikrincə, yüksək temperatur saç uclarının qırılmasına gətirib çıxarır. Ona görə də sadəcə isti sudan istifadə etmək lazımdır.
Pol Uindl yaş saçları daramağı da tövsiyə etməyib.
"Yaş saçlar daha elastik və zərifdir, ona görə də daramaq qırılmalara səbəb ola bilər", - deyə o bildirib.
Mütəxəssis, həmçinin saçları duş qəbul etməzdən əvvəl daramağı məsləhət görüb.
Bərbər hesab edir ki, saçın köklərinə kondisioner vurmağa ehtiyac yoxdur.
Onun sözlərinə görə, saçları gec-gec yumaq da doğru deyil.
"Bu zaman baş dərisindəki məsamələr yağlanma nəticəsində tıxanır və bu da problemlərə yol aça bilər", - deyə o qeyd edib.