ABŞ-nin F-22 qırıcıları İranın və İran dəstəkli qrupların yaratdığı təhdidlərə qarşı hərəkətə keçib.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"ABŞ Hava Qüvvələrinə aid F-22 qırıcıları İran və İran dəstəkli qrupların yaratdığı təhdidlərə cavab vermə tədbirləri çərçivəsində 8 avqustda ABŞ Mərkəzi Komandanlığı məsuliyyət sahəsinə çatıb", - deyə məlumatda bildirilir.