Gender testindən keçə bilməyən əlcəzairli boksçu İman Xəlif 2024-cü il Olimpiya Oyunlarında 66 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Lenta.ru"nun müxbiri məlumat yayıb.
Final görüşündə Xəlif çinli Yan Lyu ilə döyüşüb. Hakimlərin yekdil qərarı ilə qələbə əlcəzairliyə verilib.
Turnir zamanı Xəlif zorakılıqdan şikayətlənib. Boksçu insanlardan olimpiya prinsiplərinə və Olimpiya Xartiyasına əməl etməyi, idmançıları təhqir etməkdən çəkinməyi xahiş edib.
Qeyd edək ki, 2023-cü ildə Beynəlxalq Boks Assosiasiyası (IBA) Xəlifi, eləcə də tayvanlı Lin Yuytini Dünya Çempionatı zamanı meyarlara cavab vermədikləri üçün yarışdan kənarlaşdırıb. Gender testinin nəticələri göstərib ki, idmançılarda "XY" xromosomları var və testosteron yüksəkdir. Bununla belə, Beynəlxalq Olimpiya Komitəsi onları 2024-cü ildə qadınların yarışmasına buraxılmasına icazə verib.