Olimpiya Oyunlarında qadınlar arasında futbol turnirinin final qarşılaşması baş tutub.
hakimiyyet.az xəbər verir ki, həlledici matçda Braziliya millisi ABŞ seçməsilə üz-üzə gəlib.
Parisdəki "Park de Prens" arenasında keçirilən görüşün taleyini bir qol həll edib. Svensonun 57-ci dəqiqədəki dəqiq zərbəsi komandasına uğur gətirib - 0:1.
Beləliklə də, ABŞ-dən olan xanımlar cənubi amerikalılardan üstün olmaqla olimpiya çempionu adını qazanıblar.
Xatırladaq ki, kişilər arasındakı analoji yarışda qalib İspaniya yığması olub.