Mikayıl Cabbarov Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanmış Giorgi Meşvildişvili təbrik edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə federasiyanın başçısı "X" sosial şəbəkə hesabında yazıb.

O qeyd edib: "Olimpiya Oyunlarında güləşdə ikinci medalımızı qazandıq. Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik".

Xatırladaq ki, Azərbaycanın sərbəst güləşçisi G.Meşvildişvili bürünc medal uğrunda Polşa təmsilçisi Robert Baranla .

Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb.

0.057669878005981