Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax yeni müddətə seçilməyəcəyini bəyan edib.
hakimiyyet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
BOK-un prezidenti kimi Baxın səlahiyyətlərinin genişləndirilməsinə imkan verən Olimpiya Xartiyasına düzəlişlər təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında qəbul edilməyib. Bu, Baxın daha bir müddətə quruma rəhbərlik etməsinə imkan vermir.
BOK-un prezidenti seçkisi 2025-ci ilin martında təşkilatın Yunanıstanda baş tutacaq sessiyasında keçiriləcək.
70 yaşlı Tomas Bax 2013-cü ildən BOK-a rəhbərlik edir.