Kamala Harris üç əsas ştatda Trampı üstələdi

ABŞ-nin Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris üç əsas ştatda respublikaçı rəqibi Donald Trampı 4% üstələyib.

hakimiyyet.az xəbər verir ki, bunu "New York Times" və Siena Kollecinin sorğusu sübut edir.

Söhbət Pensilvaniya, Miçiqan və Viskonsin ştatlarından gedir. Bu ştatlar ənənəvi olaraq demokratlara və ya respublikaçılara səs vermir, onların üstünlükləri dəyişir. Ona görə də, bu ştatlar seçkinin qalibini müəyyən edən "yelləncək ştatlar" adlanır.

Ekspertlər qeyd edirlər ki, Harris vitse-prezident seçdiyi Tim Valz sayəsində bu ştatları öz tərəfinə çəkmək niyyətindədir. Beləliklə, demokratlar son sorğularda müsbət impuls qazanıblar. Həftə yarımdan sonra keçiriləcək partiyanın qurultayı onlara əlavə xal verə bilər.

0.069988965988159