Bu gün İranın 14-cü hökumətinin nazirlərinin siyahısı parlamentin Rəyasət Heyətinə təqdim edilib.
hakimiyyet.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, parlamentin sədri Məhəmməd Baqir Qalibaf təklif edilən nazirlərin adlarını açıqlayıb:
Təhsil naziri - Əlirza Kazemi;
Rabitə naziri - Səttar Haşemi;
Təhlükəsizlik və Kəşfiyyat naziri - Seyid İsmayıl Xətib;
İqtisadiyyat naziri - Əbdülnaser Hemməti;
Xarici İşlər naziri - Abbas Əraqçı;
Səhiyyə naziri - Məhəmmədrza Səfərqəndi;
Əmək naziri - Əhməd Meydəri;
Kənd Təsərrüfatı Cihad naziri - Qulamrza Nuri;
Ədliyyə naziri - Əmin Hüseyn Rəhimi;
Müdafiə naziri - Əziz Nəsirzadə;
Yol və şəhərsalma naziri - Farzanə Sadeq;
Sənət, Mədən və Ticarət naziri - Məhəmməd Atabək;
Elm və Təhsil naziri - Hüseyn Simayi;
Mədəniyyət naziri - Abbas Salehi;
Daxili İşlər naziri - İskəndər Momeni;
Mədəni İrs naziri -Seyid Rza Salehi Əmiri;
Neft naziri - Mohsen Paknejad;
Energetika naziri - Abbas Əliabadi;
İdman nazidi - Əhməd Dünyamali.