Azərbaycan Premyer Liqasında II turun görüşlərinə yekun vurulub.
hakimiyyet.az xəbər verir ki, turun son matçında "Sabah" "Zirə"ni qəbul edib.
"Bank Respublika Arena"da reallaşan oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesabı 50-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Rafael Utziq açıb. 2 dəqiqə sonra meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edən Salifu Suma yekun hesabı müəyyənləşdirib.
Azərbaycan Premyer Liqasında II turun daha bir görüşü keçirilib.
hakimiyyet.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.
Oyub meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada yeganə qolu 34-cü dəqiqədə Xəyal Nəcəfov qonaqların qapısından keçirib.
Bu nəticənin ardından qərb təmsilçisi baş məşqçi Kurban Berdıyevin rəhbərliyi altında ilk qalibiyyətini alıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz Naxçıvan" isə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun görüşlərinə yekun vurulacaq.
hakimiyyet.az xəbər verir ki, son oyun günü daha iki qarşılaşma keçiriləcək.
Əvvəlcə Tovuzda "Turan Tovuz" "Sumqayıt"ı sınağa çəkəcək. Qərb təmsilçisi Kurban Berdıyevin rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq.
Matçın start fiti saat 18:45-də çalınacaq.
Günün son görüşü isə Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.
Burada ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən iki klub - "Sabah" və "Zirə" kollektivləri üz-üzə gələcək. Oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz Naxçıvan" isə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.