Nizami Səfərov seçicilərlə görüşdü

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərovun partiyanın Tovuz rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

hakimiyyet.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu əldə etdiyi uğurlardan danışıb.

Görüşdə çıxış edən deputatlığa namizəd Nizami Səfərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan və bütün sahələri əhatə edən çoxşaxəli islahatlar müasir çağırışlara və reallıqlara cavab verir. Azərbaycan dünyada müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə imici qazanıb: "Qürurverici haldır ki, bu gün Zəfər yolunda inamla irəliləyirik".

Sonra təşviqat qrupunun üzvləri Məzahir Bayramov, Mücaməddin Axundov, Mayıl Hümmətov, Nazim Quliyev, Elman Bayramov Yeni Azərbaycan Partiyasının xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verdiyini deyib.

Seçicilər də Yeni Azərbaycan Partiyasının xalqın partiyası olduğunu bildirərək 1 sentyabr - parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.

0.1248300075531