"İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi zədəli olduğu üçün komandasına kömək edə bilməsə də ailəsi ilə tətilə çıxıb.
hakimiyyet.az Goal.com-a istinadla xəbər verir ki, klubun baş məşqçisi Tata Martino Lionel Messinin zədəsinin nə zaman sağalacağını bilmədiyini və ulduz futbolçunun ən qısa müddətdə yaşıl meydanlara qayıdacağını bildirib.
Qeyd edək ki, Lionel Messi Amerika Kubokunun final görüşündə ayağından aldığı zədə üzündən meydanı ağlayaraq tərk etmişdi.