"Sumqayıt" daha bir futbolçunun transferini reallaşdırıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Sumqayıt təmsilçisi son mövsümü Özbəkistanın "Surxon Termiz" klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb.
25 yaşlı hücumçu 99 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" indiyədək Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.