Xorvatiya millisinin futbolçusu İvan Perişiç "Hayduk"la müqaviləsini ləğv edib.
hakimiyyet.az Goal.com-a istinadən xəbər verir ki, bu addımın səbəbi təcrübəli yarımmüdafiəçinin baş məşqçi Cennaro Qattuzo ilə yaşadığı münaqişə olub.
35 yaşlı futbolçu qeyri-müəyyən müddətə kollektiv məşqlərdən kənarlaşdırıldığı üçün klubla müqaviləni ləğv etməyə qərar verib.
Qeyd edək ki, "İnter" (İtaliya), "Bavariya" (Almaniya), "Tottenhem" (İngiltərə) kimi klublarda da forma geyinmiş İvan Perişiç bu mövsüm Xorvatiya təmsilçisinin heyətində cəmi dörd oyun keçirib.