"Valensiya" ilə görüşdə oyuna buraxılmayan İlkay Gündoğan "Barselona" klubundan ayrılmaq qərarına gəldiyi üçün "Qalatasaray" rəsmi təklif göndərib.
hakimiyyet.az xəbər verir ki, ulduz futbolçu əsas heyətdə çıxış edə biləcəyi komandaya transfer olmaq istədiyini "Barselona" rəsmilərinə bildirib.
"Qalatasaray" klubu İlkay Gündoğanı transfer etmək istəsə də, futbolçunun keçidi üçün heç bir ödəniş etmək istəmir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Qətər klublarının da İlkay Gündoğan üçün təklif göndərdiyi bildirilib.