Dursun Özbek futbolçularına "Yanq Boyz"la görüşdə qalib gələcəkləri təqdirdə bonus verəcək

"Qalatasaray" klubunun prezidenti Dursun Özbek futbolçularına "Yanq Boyz"la görüşdə qalib gələcəkləri təqdirdə üç milyon avro bonus verəcəyini bildirib.

hakimiyyet.az xəbər verir ki, "Qalatasaray" ilk görüşdə "Yanq Boyz"a 2:3 hesabı ilə məğlub olub.

Dursun Özbek isə futbolçularla görüşərək növbəti mərhələyə adlayacaqları təqdirdə üç milyon avro bonus verəcəyini bildirib.

Qeyd edək ki, "Qalatasaray" - "Yanq Boyz" görüşü avqust ayının 27-də İstanbulda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

0.069265127182007