Uruqvay çempionatında avqustun 24-ü və 25-də keçiriləcək bütün oyunlar ləğv edilib.
hakimiyyet.az bu barədə ESPN-ə istinadən xəbər verir.
Buna avqustun 22-də "Nacional"ın müdafiəçisi Xuan İzkyerdonun oyun zamanı huşunu itirməsi və xəstəxanaya yerləşdirilməsi səbəb olub. Hadisə Braziliya "San Paulo"suna qarşı Libertadores kubokunun 1/8 final mərhələsinin cavab matçında baş verib.
Futbolçunun ürək ritminin pozulduğu qeyd edilir.
Hadisədən sonra Uruqvay Peşəkar Futbolçuların Hüquqlarını Müdafiə Assosiasiyası İzkyerdonun sağlamlıq vəziyyətinin nəzərə alınmasını tələb edərək, bu həftəsonu üçün planlaşdırılan futbol fəaliyyətlərini dayandırmaq qərarına gəlib.