Bu gün Azərbaycan Premyer Liqasında IV turun son oyunları keçiriləcək.
hakimiyyet.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.
"Sabah" klubu Masazırda "Sumqayıt"ı qəbul edəcək. Elçin Məsiyevin idarə edəcəyi bu görüş saat 18:15-də başlayacaq.
"Şamaxı" isə səfərdə "Zirə" klubunun qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və Kamal Umudlunun baş hakim olacağı bu oyun saat 20:30-da start götürəcək.
Qeyd edək ki, əvvəlki oyunlarda "Səbail" "Kəpəz"i 4:0, "Turan Tovuz" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" və "Neftçi" arasındakı qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.