UEFA Azərbaycan klublarına ödəniş edib

UEFA 2024/2025 mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) mübarizə aparan Azərbaycanın üç klubuna ödəniş edib.

AFFA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, ödənişlər "Zirə"yə Avropa Liqasındakı, "Sumqayıt"a (tam ödəniş) və "Sabah"a isə Konfrans Liqasındakı çıxışa görə edilib.

"Zirə" 349 600, "Sabah" 174 600 avro qazanıb. "Sumqayıt"a isə tam ödəniş olaraq 524 600 avro ayrılıb.

Qeyd edək ki, ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

0.078037977218628