UEFA Çempionlar Liqasının pley-off matçında "Yanq Boyz"la görüşün sonlarına doğru rəqibə qarşı etdiyi hərəkətə görə qırmızı vərəqə alan Fernando Muslera cəzalandırılacaq.
hakimiyyet.az xəbər verir ki, UEFA təcrübəli qapıçıya minimum üç, maksimum isə beş oyunluq cəza verəcək.
"Qalatasaray" rəsmiləri bu cəzanı doğru qəbul etmədikləri üçün şikayət ərizəsi yazıblar.
Qeyd edək ki, "Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boyz"a iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə məğlub olduğundan mübarizəni UEFA Avopa Liqasının liqa mərhələsində davam etdirəcək.