Türkiyə Süper Liqasının 4-cü turunda "Fənərbağça" doğma meydanda "Alanyasporu" 3-0 hesabı ilə məğlub edib.
hakimiyyet.az xəbər verir ki, matçda ilk qolu 43-cü dəqiqədə Dusan Tadic vurub.
İkinci hissədə isə yenə də fərqlənən tərəf "Fənərbağça" olub. 65-ci dəqiqədə bir daha Tadic fərqlənib və hesabı 2-0 edib. Cəmi 2 dəqiqə sonra isə Edin Dzeko hesabı 3-0-a çatdırıb və matç bu nəticə ilə yekunlaşıb.
Beləliklə, "Fənərbağça" öz azarkeşləri önündə qazandığı qələbə ilə xalını 10-a yüksəldib. "Alanyaspor" isə 2 xalda qalıb.