"Real Madrid"in futbolçusuna ərəb klubundan dövlət vəzifəsində işləmək təklifi gəldi

Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu Vinisius Juniora beşillik müqavilə üçün 1 milyard avro təklifdən əlavə, karyerasını başa vurduqdan sonra ölkənin istənilən qurumunda vəzifədə işləmək fürsəti təklif edib.

hakimiyyet.az xəbər verir ki, bundan əlavə, "Əl-Hilal" Vinisiusun oynadığı "Real Madrid"ə də 1 milyard avro verəcəyini bildirib.

Həmçinin, Vinisiusa 2029-cu ildə növbəti klubunu seçmək azadlığı, 2034-cü il dünya çempionatı və Səudiyyə Ərəbistanı çempionatının səfiri rolu təklif olunub.

Qeyd edək ki, braziliyalı ulduz futbolçu daha öncəki açıqlamasında "Qızıl Top" mükafatını almadan Avropa futbolunu tərk etmək istəmədiyini bildirmişdi.

0.045773029327393