Məntəqə sədri: "Ağdərə şəhəri üzrə seçicilərin 93 faizi səsvermədə iştirak edib"

"Ağdərə şəhəri üzrə seçicilərin 93 faizi səsvermədə iştirak edib".

Bunu "Report"a açıqlamasında 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin Ağdərə şəhərində fəaliyyət göstərən 50 saylı seçki məntəqəsinin sədri Mahir Səmədov deyib.

M.Səmədov sözügedən məntəqədə fəallığın yüksək olduğunu, qeydiyyatda olan seçicilərin 93 faizinin səsvermə hüququndan istifadə etdiyini bildirib:

"Məntəqədə seçicilər sərbəst və şəffaf şəraitdə səsvermədə iştirak ediblər. Proses yerli və xarici müşahidəçilər tərəfindən izlənib və heç bir qanun pozuntusu qeydə alınmayıb".

0.086611032485962