MDB PA-nın müşahidəçisi: "Seçki demokratik və şəffaf şəraitdə keçirilib"

"Seçkinin demokratik və şəffaf şəraitdə keçirildiyini müşahidə etdim".

"Report" xəbər verir ki, bunu Azərbaycanda növbədənkənar parlament seçkisini müşahidə edən MBD Parlamentlərarası Assambleyasının müşahidəçisi Yuri Volkov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, seçkilər tam qanunvericiliyə uyğun keçirilib.

"Bu gün səhər mən 4 saylı Naxçıvan şəhər Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində oldum və vətəndaşların seçki prosesində fəal iştirakının şahidi oldum. Naxçıvan Muxtar Respublikasının başqa rayonlarına da səfər etdim. Heydərabad qəsəbəsi, Culfa, Ordubad rayonlarını ziyarət etmək qismət oldu. Qeyd etmək istəyirəm ki, hər yerdə yüksək seçici fəallığı var idi. Seçicilərin hamısına bütün informasiya xidmətləri göstərilirdi. Hər şey qanuna uyğun idi", - Y.Volkov əlavə edib.

0.052769899368286