Rusiya XİN Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı Qərbin qərəzli münasibətini pisləyib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı Qərbin qərəzli qiymətləndirməsini pisləyib.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında bildirilir.

Azərbaycanı parlament seçkisinin uğurlu təşkili münasibətilə təbrik edən departament qeyd edib ki, Rusiya Azərbaycan parlamentinin yeni tərkibi ilə konstruktiv qarşılıqlı fəaliyyətin davam etdiriləcəyini gözləyir.

Nazirlik vurğulayıb ki, Qərb strukturlarının Azərbaycandakı seçki ilə bağlı qərəzli qiymətləndirmələri reallığa uyğun deyil.

0.034939050674438