Tovuzda kütləvi dava olub.
"Report" xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
2000-ci il təvəllüdlü Samir Elburus oğlu Səfərov və 1988-ci il təvəllüdlü Canpolad Çapay oğlu Xanmirzəyev aralarında yaranmış şəxsi münasibətlər zəminində Xalid Məhəmməd oğlu Məmmədov və 1993-cü il təvəllüdlü Aqil Yusifəli oğlu İsmayılova bıçaqla çoxsaylı bədən xəsarətləri yetiriblər.
Faktla bağlı araşdırma aparılır.