"Benfika" Fatih Terimin yerinə başqa məşqçini seçdi

Fatih Terimin Portuqaliyanın "Benfika" klubuna baş məşqçi postuna keçidi gözlənilsə də, bundan fərqli olaraq komanda onun əvəzinə öz yerlisi Bruno Lage ilə anlaşıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın "sükan"ı portuqaliyalı mütəxəssis Bruno Lageyə tapşırılıb. Onunla 2026-cı ilin yayınadək olan müqavilə imzalanıb.

48 yaşlı Lage 2019-cu ilin yanvarından 2020-ci ilin iyun ayına qədər də "Benfika"nın baş məşqçisi olub. O, daha əvvəl 6 ay "Benfika B"yə rəhbərlik edib.

Lagedən əvvəl "Benfika"nın baş məşqçisi sentyabrın 1-də "Moreyrense" ilə 1:1 hesablı heç-heçədən sonra klubu tərk edən Rocer Şmidt olub.

0.045492887496948