Fransa və İtaliya millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun 1-ci turunun oyunu başa çatıb.
hakimiyyet.az xəbər verir ki, oyun Parisdəki "Park de Prens" stadionunda baş tutub. Görüşün baş hakimi qismində Sandro Şerer (İsveçrə) çıxış edib. Matç 1:3 hesabı ilə İtaliya yığmasının xeyrinə başa çatıb.
İlk dəqiqədə fransalı hücumçu Bredli Barkola qarşılaşmada hesabı açıb. 30-cu dəqiqədə İtaliyanın müdafiəçisi Federiko Dimarko qapının sağ küncünə dəqiq zərbə endirib. Daha sonra 51-ci dəqiqədə Davide Frattezi fərqlənib. Cakomo Raspadori isə 74-cü dəqiqədə qol vuraraq italyanların qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, UEFA Millətlər Liqasının hazırkı qalibi İspaniya millisidir.