"Liverpul"un keçmiş kapitanı Ron Yeyts 86 yaşında vəfat edib.
hakimiyyet.az xəbər verir ki, bu barədə İngiltərə futbol klubunun saytı məlumat yayıb.
Son illərdə Yeyts Alzheymer xəstəliyindən əziyyət çəkirdi.
Yeyts 1961-1971-ci illərdə "Liverpul"da çıxış edib. O, komandanın heyətində 454 oyun keçirib, 400-dən çox oyunda kapitan kimi çıxış edib. "Liverpul" tarixində yalnız Stiven Cerrard kapitan kimi daha çox oyun keçirib.
"Liverpul"la Yeyts ikiqat İngiltərə çempionu (1963/64, 1965/66), kubok (1964/65) və üç dəfə Superkubok (1964, 1965, 1966) qazanıb.
Müdafiəçi karyerasını 1977-ci ildə başa vurub. 1986-cı ildə Yeyts baş skaut kimi "Liverpul"a qayıdıb və 2006-cı ilə qədər orada çalışıb.