Millətlər Liqası: Almaniya Macarıstanı darmadağın etdi

UEFA Millətlər Liqasında növbəti oyunlar başa çatıb.

hakimiyyet.az xəbər verir ki, Almaniya millisi doğma azarkeşləri önündə Macarıstanı darmadağın edib. Ev sahibləri qonaqların qapısından 5 cavabsız top keçiriblər - 5:0.

Digər matçlarda Niderland evdə Bosniyanı 5:2 hesabı ilə məğlub edib. Albaniya səfərdə Ukraynadan üstün olub - 1:2. Yunanıstan isə Finlandiyadan üstün olub - 3:0.

0.094911098480225