MSK Müsavat partiyasının üzvü Mustafa Hacılının müraciətini təmin etməyib

Sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkidə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Müsavat partiyasının üzvü Musatafa Hacıbəylinin şikayətinə baxılıb.

hakimiyyet.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın katibi Arifə Muxtatovanım təqdimatına əsasən, Müsavat partiyasının üzvü Mustafa Hacılının müraciətinin təmin edilməsi üçün hüquq əsaslar olmayıb.

Beləliklə, MSK şikayətçinin 75 saylı müraciətinin əsassız olduğu qənaətinə gəlib.

Qərar dərc edildiyi gündən qüvvəyə minib.

Mərahim Nəsib

0.045972108840942