Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi

Dünyanın bir sıra nüfuzlu şirkətləri beynəlxalq hüquq normalarını pozaraq, işğal olunmuş ərazilərdə mədənçilik, tikinti, ağac emalı və digər sahələrdə fəaliyyət göstəriblər.

AzTV onlardan birinin cinayət əməlləri haqqında araşdırma aparıb.

Bu İsveçrə vətəndaşı Vartan Sirmakes adlı erməniəsilli biznesmenin maliyyə dəstəyi verdiyi, rəsmi olaraq İsveçrədə qeydiyyatda olan və "Vallex Group" şirkətlər qrupuna daxil olan "Base Metals" şirkətidir.

Məlumata görə, Azərbaycan ərazisində 2001-ci ildən qeyri-qanuni fəaliyyətə başlayan şirkətlər 2019-cu ildə separatçılara 39 milyon dollara yaxın vergi ödəyiblər.

Baş Prokurorluqdan isə bildirilib ki, 2009-2017-ci illər ərzində təkcə "Qızılbulaq" yatağından "Vallex Group" və "Base Metals"ın qazancları 178 milyon dollar olub.

Ətraflı süjetdə:

0.1176609992981