Kişi həmkarı ilə öpüşən məşhur türkiyəli aktyor bu barədə ilk dəfə danışdı

"Aşiq Şekspir" adlı teatr tamaşasının məşqləri zamanı kişi həmkarı ilə öpüşən və buna görə uzun müddət gündəm olan məşhur türkiyəli aktyor Uraz Kaygılaroğlu ilk dəfə bununla bağlı danışıb.

Bu barədə hakimiyyet.az Haberler.com-a istinadən xəbər verir.

Xatırladaq ki, rol aldığı seriallardakı uğurlu çıxışları ilə geniş tamaşaçı kütləsinə malik olan aktyor bir müddət əvvəl "Aşiq Şekspir" tamaşasının məşqləri zamanı kişi həmkarı ilə öpüşüb. Bu görüntülərə görə həm tənqid, həm də dəstək mesajları alan Uraz Kaygılaroğlu məsələ ilə bağlı açıqlama verib.

"Başa düşürəm, bunu görmək bəzilərinin xoşuna gəlməyə bilər, amma mən aktyorluq edirəm. Oynadığımız tamaşada Şekspir dövründən - qadınların səhnəyə çıxmasının qadağan edildiyi bir dövrdən bəhs edilir. Mövzu da kişi qiyafəsinə girmiş qadınların səhnəyə çıxması təcrübəsi ilə bağlıdır. Başqa bir tamaşada qatili oynayırsan, kimisə öldürürsən, mütləq xoşuna gəlməyəcək nəsə çıxır qarşına. Hamını razı sala bilməzsən. Mən oyunumu sevirəm. Birlikdə oynadığım dostlarımı sevirəm", - deyə aktyor qeyd edib.

Kişi həmkarı ilə öpüşən məşhur türkiyəli aktyor bu barədə ilk dəfə danışdı

Kişi həmkarı ilə öpüşən məşhur türkiyəli aktyor bu barədə ilk dəfə danışdı

Kişi həmkarı ilə öpüşən məşhur türkiyəli aktyor bu barədə ilk dəfə danışdı

Kişi həmkarı ilə öpüşən məşhur türkiyəli aktyor bu barədə ilk dəfə danışdı

0.048467874526978