ABŞ qoşunlarının Nigerdən çıxarılmasını başa çatdırıb

ABŞ Afrika ölkəsinin hakimiyyət orqanlarının tələblərinə uyğun olaraq qoşunlarının Nigerdən çıxarılmasını vaxtında başa çatdırıb.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) bəyanatında deyilir.

"ABŞ Müdafiə Nazirliyi və Niger Respublikasının Milli Müdafiə Departamenti ABŞ qüvvələrinin və texnikasının Nigerdən çıxarılmasının başa çatdığını elan edir", - bəyanatda qeyd olunub.

Bildirilir ki, kontingentin çıxarılması heç bir problem olmadan baş tutub.

0.050282001495361