İstanbul Ədliyyə Tibb İdarəsinin hesabatına görə, Narinin meyitində onun boğularaq öldürüldüyünə dair əlamətlər müəyyən edilib. Həmçinin uşağın sinəsinə təpik və yumruqla vurulduğuna dair də izlərə rastlanıb.
Bu barədə hakimiyyet.az NTV.com.tr-yə istinadən xəbər verir.
Uşağın boyun ön əzələ qrupunda və alt çənə qrupunda qanaxma olduğu məlum olub ki, bu da çox güman ki, Narinin əllə boğularaq öldürüldüyünə işarədir.
Mütəxəssislərin sözlərinə görə, stertal qanaxmanın aşkarlanması qızcığazın "iman taxtası" deyilən sinə nahiyəsinə təpik və yumruqla vurulduğunu, bədənin bir çox yerindəki qanaxmalar isə bir boğuşmanın yaşandığını və müqavimət göstərildiyini göstərir ki, bu da qətlin yetkin kişi tərəfindən törədilməsi ehtimalını artırır.
Narin Güranın ölümünün dəqiq səbəbini ortaya çıxaracaq hesabatın sentyabrın 23-də açıqlanması gözlənilir. Geniş hesabatda onun ölüm vaxtı və suda nə qədər qaldığı ilə bağlı da dəqiq məlumatlar veriləcək.
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı çay yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın ölümünün istintaqı davam edir.
Narinin ölüm səbəbi bu gün məlum olub.
Bu barədə hakimiyyet.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, sümük və toxuma nümunələrinin tədqiqi nəticəsində Narin Güranın boğularaq öldürüldüyü müəyyən edilib.
Narinin yarılması prosesi zamanı hər növ cinayəti ortaya çıxaracaq 91 nümunə götürülüb. Cəsəddə gözlə görünən kəsici-deşici alət və ya güllə yarasının olmadığı qeyd edilib. Daxili qanaxma əlamətlərinin də olmadığı nəzərə çatdırılıb. Məhkəmə tibb ekspertləri uşağın meyitində çürümənin başladığını bildiriblər. Bu səbəbdən dəqiq ölüm vaxtı ilə bağlı açıqlamanı verməkdə çətinlik çəkdiklərini deyiblər.
Həmçinin, sentyabrın 13-də "Cinayət dəlillərini məhv etmək" ittihamı ilə həbs edilən Narinin əmisi Fuat Güranın həyat yoldaşı Hediye Güran da "Qəsdən adam öldürülməsində iştirak" maddəsi ilə həbs edilib. Bununla da istintaq çərçivəsində saxlanılanların sayı isə 12-yə çatıb.