İran Prezidenti Məsud Pezeşkian Rusiya ilə vacib sənəd imzalayacaq

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Rusiya ilə strateji tərəfdaşlığına dair saziş imzalamaq niyyətindədir.

hakimiyyet.az-ın "Tasnim" agentliyinə istinadən xəbərinə görə, bu barədə İran İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zəhravənd məlumat verib.

"İran və Rusiya strateji əməkdaşlıq yolunda irəliləyirlər və cənab Pezeşkianın Rusiyaya qarşıdakı səfəri zamanı biz strateji tərəfdaşlıq sazişinin imzalanmasını görəcəyik", - deyə Zəhravənd bildirib.

Xatırladaq ki, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian dəfələrlə bəyan edib ki, Rusiya ilə tərəfdaşlıq İran üçün dünya təhlükəsizliyinin qarantıdır, ABŞ isə, əksinə, bu sahədə öz təsirini itirib.

0.20132803916931