İvan Perişiç karyerasını Niderland liqasında davam etdirəcək

Xorvatiyalı ulduz futbolçu İvan Perişiç PSV ilə birillik müqavilə imzalayıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano şəxsi "Instagram" profilində paylaşım edib.

Xəbərdə bildirilib ki, İvan Perisiç birillik müqavilə əsasında PSV-yə azad agent kimi qoşulub.

Perişiç "Hayduk"dan ayrıldıqdan sonra PSV-də tibbi müayinədən keçib və tərəflər arasında müqavilə imzalanıb.

0.074992895126343