Milli komandamız FIFA reytinqində geriləyib

Futbol üzrə seçmə komandamız Beynəlxalq Futbol Federasiyası (FIFA) reytinqində iki pillə geriləyib.

hakimiyyet.az xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.

Bildirilib ki, seçmə komandamız sentyabr ayı üçün açıqlanan reytinq siyahısında 1173,15 xalla 113-cü pilləyə geriləyib.

Qeyd edək ki, reytinq cədvəlinin ilk 3 pilləsində heç bir dəyişiklik baş verməyib. Siyahıya son dünya çempionu Argentina (1860,14) başçılıq edir. Fransa (1837,47) ikinci, Belçika (1797,98) üçüncüdür.

0.077986001968384