Müayinəyə xəstə aparırdı, özü xəstəxanalıq oldu

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən klinikanın qarşısında baş verib. "Mercedes Vito" mikroavtobusu qarşıda gedən VAZ-2106 minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində maşında sıxılı vəziyyətdə qalan VAZ-2106-nın sürücüsü çıxarılaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, Masallı sakini olan sürücü Vəlihəddin Kamal oğlu Rüstəmov klinikaya xəstə gətirib. Hadisə klinikanın həyətinə daxil olan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

0.040298938751221