Livanlı həkimdən qorxunc açıqlama: "Heç vaxt bu qədər göz çıxarmaq məcburiyyətində qalmamışdım"

Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb, yüzlərlə insan xəsarət alıb. Livan oftalmoloqları vəziyyəti "kabus" adlandırırlar.

hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə TRT xəbər yayıb.

Bildirilib ki, Livanda cərrahlar peycer və məişət texnikası partlayan 3000-dən çox insan arasında gördükləri dəhşətli xəsarətlərin uzun siyahısını açıqlayıblar.

Beyrutdakı "Mount Lebanon" Universitet Xəstəxanasının oftalmoloqu professor Elias Varrak deyib ki, 25 il ərzində heç vaxt bu qədər göz çıxarmaq məcburiyyətində qalmayıb. O bu təcrübəni "kabus" adlandırıb.

"Xəsarət alanların əksəriyyəti 20-30 yaş arası gənclər idi və bəzi hallarda hər iki gözü çıxarmaq məcburiyyətində qaldım", - deyə həkim bildirib.

Xatırladaq ki, sentyabrın 17-də və 18-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri də daxil olmaqla dörd minə yaxın insan yaralanıb.

0.1624321937561