Avropa İttifaqında yeni avtomobil satışları üç illik minimuma düşüb

Avropa avtomobil bazarı çətin dövr yaşayır. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, Avropa İttifaqında yeni avtomobil satışları avqust ayında 18.3% azalaraq son üç ilin ən aşağı səviyyəsinə çatıb. Mütəxəssislər bu tendensiyanı Almaniya, Fransa və İtaliya kimi ən böyük bazarlarda ikiqat rəqəmli satış düşməsi ilə əlaqələndirirlər.

hakimiyyet.az bu barədə iz.ru-ya istinadən xəbər verir.

Məlumata görə, xüsusilə tam elektrikli avtomobillərə tələbatın azalması nəzərə çarpır. Onların satışı 43.9% azalıb və ardıcıl dördüncü aydır ki, düşməyə davam edir. Almaniya və Fransada müvafiq olaraq 68.8% və 33.1% azalma qeydə alınıb. Bu dinamikanın səbəbləri kimi yüksək ekoloji tələblər və tənzimləyici orqanların tarifləri göstərilir.

Ümumi tənəzzül fonunda alıcıların marağı hibrid elektromobillərə doğru yönəlir. Onların satışı avqust ayında 6.6% artıb və bazar payı 31.3% təşkil edib. İstehlakçılar hibridləri ənənəvi daxili yanma mühərrikləri ilə tam elektrikli avtomobillər arasında əlçatan kompromis kimi qəbul edirlər.

Avtomobillərin cari satış səviyyəsi pandemiyadan əvvəlki göstəricilərdən xeyli aşağıdır və mütəxəssislər yaxın gələcəkdə vəziyyətin dəyişməyəcəyindən narahatdırlar. Avropa İttifaqı idxal olunan elektromobillərə rüsumları yenidən nəzərdən keçirməyə davam edir ki, bu da satışların artmasına kömək etmir. Avropa avtomobil istehsalçılarının böhranı aradan qaldıra və bazarın yeni reallıqlarına uyğunlaşa biləcəyi zaman göstərəcək.

0.37914490699768