10 yaşlı Tunarın anası: "Xəstəxananın pulunu ödəyə bilmədiyimiz üçün İranda qalmışıq"

10 yaşlı Tunarın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Yeganə Səfərova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir:

"Tunarın on yaşı var. O, anadangəlmə serebral-iflic xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən bütün müalicələrini vaxtlı-vaxtında etmişik. Bir neçə ay əvvəl onun beynində şiş olduğunu öyrəndik. Həkimlər şişi yalnız əməliyyatla götürə biləcəklərini dedilər. Tunar bir müddət əvvəl İranda buna görə ağır əməliyyat keçirdi. Əməliyyat pulunu sizin saytın izləyicilərinin dəstəyi ilə yığa bilmişik. Hazırda xəstəxanaya 800 manat borcumuz var. Verə bilmədiyimiz üçün bizə burdan çıxmağa icazə vermirlər. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".

Yeganə Səfərova övladına baxa bilmək üçün soğan yığdığını bildirib:

"Özüm soğan yığıram, yoldaşım isə suvarma işləri ilə məşğuldur. İnanın, qazandığımız pulla iki uşaq saxlamaq, müalicələrini etmək çox çətindir. Sizin saytın izləyicilərindən yenidən bizə dəstək olmalarını gözləyirik".

Ailə ilə əlaqə: (051) 819-60-14 (Whatsapp).

Kapital Bank: 4169 7388 9075 1716.

10 yaşlı Tunarın anası: "Xəstəxananın pulunu ödəyə bilmədiyimiz üçün İranda qalmışıq"

10 yaşlı Tunarın anası: "Xəstəxananın pulunu ödəyə bilmədiyimiz üçün İranda qalmışıq"

0.042150020599365