Ölüm tarixini proqnozlaşdıran "saat" yaradıldı: Yeni tətbiq həyatdan getmə yaşını açıqlayacaq

San-Fransisko Universitetinin (ABŞ) alimləri istifadəçinin ölüm tarixini yüksək dəqiqliklə proqnozlaşdıra bilən "Death Clock" ("Ölüm saatı") adlı unikal tətbiq hazırlayıblar.

hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə "New York Post" nəşri məlumat verib.

Bildirilib ki, tətbiq süni intellekt əsasında qurulub.

"Death Clock" ətraflı anket vasitəsilə istifadəçinin sağlamlığı haqqında məlumatları toplayır. Proqnoz zamanı çəki, qanda şəkərin səviyyəsi, təzyiq, yuxu keyfiyyəti, fiziki aktivlik, zərərli vərdişlər və qidalanma xüsusiyyətləri kimi amillər nəzərə alınır. Bundan əlavə, "Ölüm saatı" insanın sosial həyatını, psixi vəziyyətini və emosional fonunu da hesaba alır.

Tərtibatçılar iddia edirlər ki, tətbiqin əsas məqsədi insanları həyat tərzlərini dəyişməyə və sağlamlıqlarına diqqət yetirməyə motivasiya etməkdir.

"Death Clock" təkcə ölüm tarixini günə qədər dəqiqliklə proqnozlaşdırmır, həm də fiziki məşqlər variantları, pəhriz tövsiyələri təklif edir və həyatı uzatmaq üçün özü üzərində işləməyə motivasiya edir.

Bildirilir ki, "Death Clock" tətbiqi artıq "App Store" və "Google Play"də yükləmək üçün mövcuddur. Tərtibatçılar proqnozları daha dəqiq və fərdiləşdirilmiş etmək üçün süni intellekt alqoritmlərini təkmilləşdirməyi planlaşdırırlar.

0.42935299873352