Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı DYP-dən AÇIQLAMA

Kürdəmir rayon sakini Ramal Bəşirovu idarə etdiyi VAZ-2107 markalı, 99-NG-311 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər sakini Davud Cəmilzadənin idarə etdiyi "Mercedes" markalı, 99-RA-093 dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşub.

Bu barədə hakimiyyet.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlama verib.

O bildirib ki, hadisə bu gün saat 13:58-də baş verib.

DİN rəsmisi əlavə edib ki, qəza nəticəsində Ramal Bəşirov, eləcə də mikroavtobusda olan sərnişinlərdən Sübhan Şahin oğlu Rəfiyev və Teyyub Mirəddin oğlu Allahverdiyev xəsarət alıblar.

Hadisə yerinə polis və digər qurumların əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanların kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, xəsarət alan şəxslər aşağıdakılardır:

- 1952-ci il təvəllüdlü Teyyub Nurəddin oğlu Allahverdiyev,

- 1957-ci il təvəllüdlü Həqiqət Abdulhəmid qızı Hüseynova,

- 1978-ci il təvəllüdlü Ziyafət Zəkəriyyə qızı Məmmədova,

- 1980-cı il təvəllüdlü Ramal Vaqif oğlu Bəşirov,

- 1991-cu il təvəllüdlü Vasif Hüseyn oğlu Hüseynov,

- 1999-cu il təvəllüdlü Sübhan Şahin oğlu Rəfiyev,

- 2004-cü il təvəllüdlü Zərifə Zahid qızı Məmmədova.

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

hakimiyyet.az xəbər verir ki, hadisə Bakı-Ələt-Gürcüstan sərhədi magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Mercedes" markalı mikroavtobus qəzaya uğrayıb.

Hadisə nəticəsində ölən və ya xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Yol polisi əməkdaşları və təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.

Həmin qəzanın baş verdiyi yerdən görüntüləri təqdim edirik:

0.056058883666992