Sumqayıt-Bakı yolunda zəncirvari qəza: Altı avtomobilə ZİYAN DƏYDİ

Sumqayıt-Bakı şosesinin Abşeron gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

hakimiyyet.az-ın əldə etdiyi məlumata görə, zəncirvari qəzada altı avtomobilə ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mətbuat Xidmətinə sorğu ünvanlanıb. Qurumdan araşdırmanın nəticəsinə uyğun olaraq açıqlama veriləcəyi bildirilib.

Görüntüləri təqdim edirik:

Məhərrəm Əliyev

0.18742704391479