İsraildə toplaşma məhdudiyyəti tətbiq edildi

İsrail Hayfanın şimalında mülki müdafiə məhdudiyyətləri tətbiq edərək, atəşə tutulma təhlükəsi səbəbindən ictimai toplantıların iştirakçı sayını məhdudlaşdırıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Vəziyyəti qiymətləndirdikdən sonra mülki müdafiə haqqında əsasnaməyə dəyişiklik edilməsi qərara alınıb. Kütləvi toplantılar açıq yerlərdə 30, qapalı yerlərdə isə 300 iştirakçı ilə məhdudlaşdırılır", - deyə məlumatda bildirilir.

Bütün Qalileya və Qolan Təpələri də daxil olmaqla, Hayfa və daha şimal bölgələrinin sakinlərinə yalnız təhlükəsiz binaların yaxınlığında işləməyə və təhsil almağa icazə verilir.

1.0162169933319