ABŞ-də evsizlərin sayı 2024-cü ilin sonuna qədər 653 mini keçə bilər və bununla da yeni rekord müəyyənləşə bilər.
hakimiyyet.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Nəşrin qeyd etdiyi kimi, küçələrdə yaşayanların sayı artıq 550 min nəfərə çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. Bu rəqəm artmaqda davam edir və ilin sonuna qədər 653 000 evsizin 2023-cü il rekordunu üstələyəcəyi gözlənilir.
Qəzet bu böhranın səbəbləri arasında miqrant axını, mənzil alqı-satqısı və kirayə qiymətlərinin artması, həmçinin fentanil epidemiyasını önə çəkir.